İngiltərə nəhənglərinin istədiyi gürcü "Napoli"nin məşqinə çıxmadı

İngiltərə nəhənglərinin istədiyi gürcü "Napoli"nin məşqinə çıxmadı

"Napoli"nin vingeri Xviça Kvaratsxeliya komandasının son məşqinə qatılmayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb.

Mənbə gürcü futbolçunun xəstələndiyini və neapolluların yanvarın 21-də "Salernitana"ya qarşı keçirəcəyi matçı kənardan izləyəcəyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğlu olan Xviça bu mövsüm A Seriyasında 15 matça çıxıb. Bu qarşılaşmalarda 7 qol vuran Gürcüstan millisinin üzvü eyni sayda məhsuldar ötürmə ilə də yadda qalıb. İtaliyada adından söz etdirən gənc Xviçanın xidmətində İngiltərə nəhəngləri - "Arsenal" və "Mançester Siti" maraqlıdır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər