İngiltərə nəhənginin Kunya planı baş tutacaqmı?

İngiltərə nəhənginin Kunya planı baş tutacaqmı?

"Vulverhempton"un hücumçusu Mateus Kunya karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Çarlz Uottsa istinadən "Caught Offside" yayıb.

Məlumata görə, 25 yaşlı braziliyalı ilə London "Arsenal"ı maraqlanır. Mənbə "topçular"ın vingeri Bukayo Sakanın sıradan çıxdığını xatırladaraq London klubunun gələn ay Kunyanı heyətə qatmağa çalışacağını vurğulayıb. "Vulverhempton"un əsas hücumçusu ilə mövsümün ortasında vidalaşmaq istəmədiyi, bu səbəbdən "Arsenal"ın işinin çətin olacağı bildirilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər