İngiltərə nəhəngi "Real"ın vingerini istəyir - Qiyməti müəyyənləşdi

İngiltərə nəhəngi "Real"ın vingerini istəyir - Qiyməti müəyyənləşdi

"Real Madrid"in vingeri Marko Asensio karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır.

Xəbərə görə, "Real" Asensionu 34 milyon avroya satmağa razıdır. MY-nin yaxın günlərdə İspaniya nəhənginə rəsmi təklif göndərməyi planlaşdırdığı bildirilib.

Qeyd edək ki, 2015-ci ildən Madrid klubunda olan Asensio ötən mövsüm paytaxt təmsilçisinin forması ilə ümumilikdə 42 matça çıxaraq 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2016-cı ildən İspaniya millisinə dəvə alır.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər