İngiltərə nəhəngi Rafael Leau ilə maraqlanır

İngiltərə nəhəngi Rafael Leau ilə maraqlanır

"Mançester Yunayted" yay transfer pəncərəsində "Milan"ın ulduz vingeri Rafael Leaonu heyətinə qatmağı planlaşdırır.

Fanat.Az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, İtaliya təmsilçisi Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün ulduz futbolçunu daha uyğun bir qiymətə satmağa razıdır.

"Qırmızı şeytanlar"ın hücum xəttini gücləndirmək variantları arasında portuqaliyalı oyunçu ilk sıralarda qərarlaşıb.

Bu transfer üçün təxminən 50 milyon avro civarında bir məbləğin tələb olunduğu iddia edilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər