İngiltərə nəhəngi "Palmeyras"ın 16 yaşlı vunderkindinə görə milyonlar ödəməyə hazırlaşır - MƏBLƏĞ

İngiltərə nəhəngi "Palmeyras"ın 16 yaşlı vunderkindinə görə milyonlar ödəməyə hazırlaşır - MƏBLƏĞ

"Palmeyras"ın cinah hücumçusu Eduardo Konseysao karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı UOL yayıb.

Məlumata görə, 16 yaşlı futbolçunu uzun müddətdir izləyən "Mançester Yunayted" onun klubuna rəsmi təklif göndərməyə hazırlaşır. Mənbə "qırmızı şeytanlar"ın "Palmeyras"ın qapısını 40 milyon avro ilə döyməyə hazırlaşdıqlarını vurğulayıb.

Koseysaonun adı daha öncə PSJ, "Barselona", "Çelsi", "Liverpul" və "Mançester Siti" kimi Avropa nəhəngləri ilə də yanaşı çəkilib. O, MY-yə satılsa belə, komandasını gələn ilin dekabrında, 18 yaşı tamam olandan sonra tərk edə bilər. Sözügedən oyunçunun "Palmeyras"la müqaviləsinin müddəti 2029-cu ilin sonunadək nəzərdə tutulub.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər