İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

"Botafoqo"nun qapıçısı Con Viktor klublararası dünya çempionatından sonra İngiltərə nəhənginə keçə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Witness" yayıb.

Məlumata görə, 29 yaşlı qolkiperin sözügedən turnirdəki çıxışı "Mançester Yunayted"in diqqətini çəkib. Mənbə Viktorun müqaviləsində sərbəstqalma məbləğinin əksini tapdığını və bu məqamın MY-yə "Botafoqo" ilə danışıqlara vaxt itirmədən onunla şəxsi müqavilənin şərtlərini razılaşdırmağa imkan yaratdığını vurğulayıb.

Qeyd edək ki, "Botafoqo" klublararası DÇ-nin 1/8 finalında digər Braziliya təmsilçisi "Palmeyras"a yenilərək (əlavə vaxtda 0:1) mübarizəni dayandırıb. Dörd matçın hamısında meydanda olan Viktor 3 qola üzülüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər