İngiltərə nəhəngi onun üçün 150 milyon ödəyəcək?

İngiltərə nəhəngi onun üçün 150 milyon ödəyəcək?

"Mançester Yunayted" uzun müddətdir davam edən hücumçu problemini dünya səviyyəli bir forvard ilə həll etmək niyyətindədir.

Fanat.Az "Akşam" qəzetinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" hazırda "Qalatasaray"ın uğurları üçün tər tökən Viktor Osimheni transfer etmək üçün hərəkətə keçib.

İngiltərə təmsilçisi ulduz forvardın transferini bitirmək məqsədilə 150 milyon avroluq rekord müqavilə məbləğini gözə alıb.

Hücum xəttində köklü dəyişiklik etmək istəyən Mançester klubunun yay transfer pəncərəsində bu keçid üçün bütün imkanlarını səfərbər edəcəyi gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər