"Çelsi" "Barselona"da ayrılan Lionel Messinin transferi üçün mübarizəyə qoşulub.
Fanat.Az "As"a istinadən xəbər verir ki, "zadəganlar"ın prezidenti Roman Abramoviç artıq argentinalı hücumçunun nümayəndələri ilə görüşüb.
PSJ-nin superulduzu heyətinə qatmaq baxımından daha çox iş gördüyünü vurğulayan mənbə "Çelsi"nin də mübarizədən qalib çıxa biləcəyini açıqlayıb.
Qeyd edək ki, dünən "Barselona" Messi ilə əməkdaşlığı davam etdirməyəcəklərini açıqlayıb.
Nihat