İngiltərə nəhəngi İspaniya millisinin qapıçısına elçi düşdü

İngiltərə nəhəngi İspaniya millisinin qapıçısına elçi düşdü

"Çelsi" klubu "Atletik Bilbao"nun qapıçısı Unai Simonu transfer etmək imkanını nəzərdən keçirir. 

Fanat.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatı, konkret "Fichajes" məlumat yayıb.

"Zadəganlar"ın baş məşqçisi Maurisio Poçettino Simonun transferini şəxsən istəyir. O hesab edir ki, məhz Unai “Çelsi”nin hazırkı qapıçısı Robert Sançeslə güclü rəqabət apara bilər. 

Unai Simon 2023/2024 mövsümündə La Liqada 11 matça çıxıb. 26 yaşlı qolkiper həm də İspaniya millisinin üzvüdür.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər