İngiltərə nəhəngi "Flamenqo"nun forvardını istəyir

İngiltərə nəhəngi "Flamenqo"nun forvardını istəyir

"Çelsi" heyətinə yeni hücumçu cəlb edə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.

Xəbərə görə, uğursuz mövsüm keçirən və bir neçə oyunçusunu satan London təmsilçisi Braziliyanın "Flamenqo" klubunun forvardı Mateus Fransanı diqqətdə saxlayır. Mənbə bu transferin "zadəganlar"a 25 milyon avroya başa gələ biləcəyini vurğulayıb.

Bundan başqa, "Çelsi"nin hazırda "Sauthempton"un formasını geyinən yetirməsini - müdafiəçi Valentino Livramentonu da geri qaytarmaq barədə düşündüyü diqqətə çatdırılıb. 

Qeyd edək ki, 20 yaşlı Livramento 2011-2021-ci illər aralığında "Çelsi"nin strukturunda olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər