İngiltərə nəhəngi "Everton"un forvardını istəyir

İngiltərə nəhəngi "Everton"un forvardını istəyir

"Everton"un hücumçusu Dominik Kalvert-Lyüin kareyrasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.

Xəbərə görə, 27 yaşlı oyunçunun xidmətində "Çelsi" maraqlıdır. Mənbə Liverpul təmsilçisinin Dominikə yeni anlaşma təklif etdiyini, lakin sözügedən oyunçunun hazırda rəhbərliyə "hə" demədiyini vurğulayıb.

Qeyd edək ki, son mövsümdə İngiltərə Premyer Liqasında 32 matça çıxan Kalvaert-Lyüin 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər