İngiltərə nəhəngi axtardığını Türkiyədə tapdı

İngiltərə nəhəngi axtardığını Türkiyədə tapdı

"Mançester Yunayted" Türkiyədə özünə yeni müdafiəçi tapıb

Fanat.Az xəbər verir ki, bu barədə "Tribal Football" məlumat yayıb. 

Xəbərə görə, "Qalatasaray" klubunun müdafiəçisi Saşa Boy karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Futbolçunun keçidinə ciddi maraq göstərən mankunianlılar futbolçunu yanvar transfer pəncərəsində sıralarına qatmağı planlaşdırırlar.

23 yaşlı müdafiəçinin Türkiyə nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir. Saşa Boyun transfer dəyəri 17 milyon avro olaraq qiymətləndirilir.

Futbolçu Super Liqanın bu mövsümündə on oyun keçirib və bir sarı vərəqə alıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər