İngiltərə mətbuatı Ronaldu və MY barədə nə yazır?

İngiltərə mətbuatı Ronaldu və MY barədə nə yazır?

İngiltərənin kifayət qədər nüfuzlu KİV-ləri Kriştianu Ronaldunun "Mançester Yunayted"dəki vəziyyəti və gələcək taleyi haqda müxtəlif informasiyalar yayır.

Fanat.Az xəbər verir ki, “Sky Sports” və “The Times” yazır ki, “Mançester Yunayted” Ronaldunun davranışından getdikcə məyus olur və öz ulduzu ilə müqaviləni vaxtından əvvəl ləğv etmək imkanını nəzərdən keçirir.

"The Telegraph" isə komanda yoldaşlarının Ronaldunun soyunub-geyinmə otağındakı davranışını nalayiq hesab etdiklərini vurğulayır.

Bununla belə, "Talk Sport" və MEN saytı portuqaliyalı futbolçunun qalacağına əmindir. Onların iddiasına görə, baş məşqçi Erik ten Haq sözügedən forvarddan tam razı qalmasa belə, Ronaldu komandaya lazımdır. 

Emin 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər