İngiltərənin "Fulhem” komandasının yeni baş məşqçisi məlum olub.
Fanat.Az xəbər verir ki, Çempionşip təmsilçisinin "sükan”ı Marko Silvaya tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Marko Silva ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Silvanın son klubu "Everton” olub. 43 yaşlı mütəxəssis 2019-cu ilin dekabrından işsiz idi.
Ötən mövsüm Premyer Liqada mübarizə aparan "Fulhem” çempionatı 18-ci sırada bitirib və elitayla vidalaşıb. "Fulhem” yeni mövsümdə Çempionşipdə çıxış edəcək.
Fanat.Az