İngiltərə klubunu "Betis"ə dəyişdi - RƏSMİ

İngiltərə klubunu "Betis"ə dəyişdi - RƏSMİ

İspaniyanın "Real Betis" klubu son mövsümün ikinci yarısında icarə əsasında formasını geyinən Ayose Peresi heyətinə qatıb.

Fanat.Az Sevilya təmsilçisinin saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müddəti 2027-ci ilə qədər olan müqavilə imzalanıb.

"Lester" ilə anlaşmasının müddəti başa çatan Peres Sevilya təmsilçisinə azad agent qimində qoşulub.

29 yaşlı Ayose "Tenerife"nin yetirməsidir. O, 2012/2013 mövsümündə bu klubun əsas komandasında debüt edib. 2014-cü ildə "Nyukasl"a transfer olunan Peres 2019-cu ildə "Lester"ə keçib.

Qeyd edək ki, son mövsümdə La Liqada 6-cı yeri tutan "Betis" İspaniyanı UEFA Avropa Liqasında təmsil edəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər