İngiltərə klubu Torres üçün rəsmi təklif göndərməyə yaxındır

İngiltərə klubu Torres üçün rəsmi təklif göndərməyə yaxındır

"Barselona"nın hücumçusu Ferran Torres karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az "Fichajes"ə istinadən xəbər verir ki, hazırda onu heyətinə qatmağa ən real namizəd "Aston Villa"dır.

Məlumata görə, Birmingem klubu 26 yaşlı forvardı rənglərinə bağlamaq üçün qarşı tərəfə 65 milyon avroluq təklif göndərməyə hazırlaşır. Kataloniyalıların Ferranı bu məbləğə satmağa razı olacağı vurğulanıb.

Torresin "blauqrana" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Cari mövsüm "Barsa"nın heyətində 46 matça çıxan ön xətt oyunçusu 20 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər