İngiltərə klubu sosial şəbəkə hesabındakı paylaşıma görə cəzalandırıldı

İngiltərə klubu sosial şəbəkə hesabındakı paylaşıma görə cəzalandırıldı

"Nottinqem Forest" klubu sosial şəbəkə hesabındakı paylaşıma görə 750 min funt-sterlinq (təxminən 980 min dollar) məbləğində cərimələnib.

Fanat.Az xəbər verir ki, ötən mövsüm "Luton Taun"la birgə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "ağ-qırmızılar" "Everton"a 0:2 hesablı məğlubiyyətdən sonra maraqlı paylaşımla diqqət çəkib.

Belə ki, klubun sosial şəbəkə hesabına nəzarət edən işçi "Everton"la matçdakı VAR hakimi Stüart Atveli "Luton Taun" azarkeşi olmaqda ittiham edib. Həmin ifadələrə görə "Nottinqem Forest" İngiltərə Futbol Assosiasiyası tərəfindən cəzalandırılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər