İngiltərə klubu rekord məbləğdə cərimələndi - 40 milyon avro

İngiltərə klubu rekord məbləğdə cərimələndi - 40 milyon avro
İngiltərə "Kuinz Park Reyncers"i (KPR) futbol tarixində rekord sayılan məbləğdə cərimələnib.
 
Fanat.Az "Teleqraf"a (The Telegraph) istinadən xəbər verir ki, London təmsilçisi maliyyə feyr-pleyini pozduğuna görə, 40 milyon avro ödəməlidi. 2013/14 mövsümünü büdcə kəsiri ilə bitirən sözügedən klub 60 milyon avro məbləğində kredit borcunu gizlədib. Təbii, londonlular çıxarılan qərarla razılaşmır. KPR-in icraçı direktoru Li Hoos apellyasiya şikayəti verəcəklərini açıqlayıb.
 
Fanat.Az
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər