İngiltərə klubu PSJ-yə rəsmi təklif göndərdi

İngiltərə klubu PSJ-yə rəsmi təklif göndərdi

PSJ-nin yarımmüdafiəçisi İdrissa Qeye karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkədə yayıb.

Xəbərə görə, Qeyenin xidmətində "Everton" maraqlıdır. Liverpul təmsilçisinin Paris klubuna rəsmi təklif göndərdiyi və danışıqların davam etdiyi bildirilib. 

Qeyd edək ki, Qeye daha öncə də "Everton"un uğurları üçün çalışıb. O, 2016-2019-cu illər aralığında sözügedən İngiltərə təmsilçisinin formasını geyinib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər