Müqavilə ilə "Napoli"yə məxsus olan, hazırda icarə əsasında "Qalatasaray"ın formasını geyinən Voktor Osimheni istəyən daha bir klubun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Xəbərə görə, adı PSJ, "Yuventus" və "Mançester Yunayted" ilə yanaşı çəkilən nigeriyalı forvardın xidmətində İngiltərə təmsilçisi "Nottingem Forest" də maraqlıdır. "Meşəbəyilər"in 26 yaşlı futbolçu üçün 75 milyon avro ödəməyə hazır olduqları vurğulanıb.
Qeyd edək ki, ötən ilin sentyabrında "Qalatasaray"a keçən Osimhen cari mövsüm Türkiyə klubunun forması ilə 30 matça çıxaraq 26 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermаrkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat