İngiltərə klubu İslandiya millisinin forvardı ilə vidalaşdı

İngiltərə klubu İslandiya millisinin forvardı ilə vidalaşdı

İngiltərənin "Blekbern Rovers" klubu İslandiya millisinin forvardı Arnor Siqurdsson ilə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.

Ön xətt oyunçusunun müqaviləsinin qarşılıqlı razılıq əsasında vaxtından əvvəl ləğv olunduğu bildirilib.

Erkən gənclik illərində böyük perspektiv vəd edən futbolçulardan sayılan Siqurdsson "avaralar"ın forması ilə son matçına ötən ilin oktyabrında çıxıb. 2023-cü ilin yayında keçdiyi "Blekbern"də ümumilikdə 41 görüşdə forma şansı qazanan 25 yaşlı Arnor 8 qol vurub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər