İngiltərənin "Fulhem” klubu baş məşqçi Skott Parkerlə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Parkerin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Fulhem” ötən mövsümdə Premyer Liqanı 18-ci sırada bitirib və elitadan düşüb. Komanda yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.
Fanat.Az