Dünyanın tanınmış Goal.com saytı İngiltərə yığması ilə bağlı maraqlı animasiya çarxı hazırlayıb.
Fanat.az xəbər verir ki, çarxda ingilis futbolçuların dünya çempionatlarındakı oyunlarında başlarına gələn hadisələr əks olunub. Azərbaycanlı hakim Tofiq Bəhramovun da yer aldığı videoda 1966-cı ildə İngiltərədə keçirilən VIII dünya çempionatının finalında verdiyi qərarı da əks olunub. Animasiyada İngiltərə komandasının lehinə qərar verən T. Bəhramov "Uembley" stadionuna toplaşmış 98 min azerkeşi sevindirir.
Çarxda Maradonanın 1986-cı ildə İngiltərə qapısına əl ilə vurduğu qol da yaddan çıxmayıb. Videoda Argentinalı "Tanrının əli" adlandırdığı qolu vurduqdan sonra özünü mələk kimi göstərir.
Fanat.az