İngiltərə Premyer Liqasında fenomenal qurtarışları ilə azarkeşləri heyran edən Rui Patrisiu növbəti mövsüm İtaliya futbolu həvəskarlarını sevindirəcək.
Fanat.Az "The Telegraph"-a istinadən xəbər verir ki, İtaliyanın "Roma" və İngiltərənin "Vulverhempton" klubu bu gün portuqaliyalı qapıçı Rui Patrisiunu 12 milyon avro müqabilində transfer etmələri barədə razılığa gəliblər. 33 yaşlı qapıçının yeni kluba keçidi bu həftə başa çatacaq.
Ötən mövsüm İPL-da keçirdiyi 37 oyunun 10-da qapısını toxunulmaz saxlayan Patrisiu, AVRO 2020-də baxımlı reaksiyaları ilə də yadda qalmışdır.
Emin Şəmsiyev