İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan daha bir medal qazanıb,
Üzgüçülük yarışlarında 100 metr məsafərə batterflyay üsulla üzmədə idmançıldarımızdan Yevgeni Lazuka bürünc medala sahib çıxıb. Lazukanın bir gün öncə 50 metr məsafəyə baterflyay üsulla üzmədə gümüş medal qazanması barədə xəbər vermişdik. Sentyabrın 25-də idmançımız 55.05 saniyə nəticə ilə özünün 2-ci, komandamızın isə 9-cu medalına layiq görülüb.
Qeyd edək ki, Lazukanın qazandığı bu iki medaldan başqa, Azərbaycanın hesabında daha 7 medal var. Karate yığmamızın üzvlərindən Rafael Ağayevlə Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev gümüş medala sahib çıxıb. Komanda yarışlarında da karate yığmamız birinci olub. Bundan başqa ağır atletika yığmamızın üzvü Silviya Angelova gümüş, Zülfüqar Süleymanov isə bürünc medal qazanıb.