İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yarışın 3-cü günündə 8-ci medalını qazanıb.
Bu dəfə idmansevərləri karate üzrə milli komandamız sevindirib. Finala çıxan yığmamız İranı 3:1 hesabı ilə yenərək İndoneziyada himnimizin səslənməsinə səbəb olub.
Qeyd edək ki, yığmamız bundan əvvəl 7 medal qazanmışdı. Karate yığmamızın üzvlərindən Rafael Ağayev, Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev, həmçinin, üzgüçülük yığmamızın üzvü Yevgeni Lazuka və ağır atletika yığmamızın üzvü Silviya Angelova gümüş, ağır atletika yığmamızın digər üzvü Zülfüqar Süleymanov isə bürünc medala sahib çıxmışdı.