İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yarışda daha 2 medal qazanıb.
Azərbaycan uşuçularından Ruslan Pirəliyev (65 kq) qızıl medala sahib çıxıb. Elçin Eminov (56 kq) bürünc medalla kifayətlənib.
Beləcə, medallarımızın sayı 24-ə çatıb. Bundan əvvəl Rafael Ağayev, Ayxan Mamayev, Boris Kirilov, Yekaterina Sarıyeva, Hayle İbrahimov və karate yığmamız qızıl, Şahin Atamov, Niyazi Əliyev, Silviya Angelova, Əfqan Bayramov, İntiqam Zairov, Günay Ağakişiyev gümüş, Zülfüqar Süleymanov, Namiq Cəlilov, Dmitri Marşin, Layeş Abdullayeva, Türkanə Tahirli (46 kq), Mikayıl Əliyev, Patimat Abakarova, həmçinin Roman Vengerov, Aleksey Korpin və Zaur Qəhrəmanov üçlüyü bürünc, Yevgeni Lazuka həm gümüş, həm də bürünc medal qazanıb.