İndoneziyada 22-ci medal

İndoneziyada 22-ci medal

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yarışda daha 1 medal qazanıb.

Bu dəfə taekvondo üzrə milli komandamızın üzvü Patimat Abakarova (-46 kg) fəxri kürsüyə çıxıb. O, yarımfinalda uduzaraq bürünc medalla kifayətlənib.

 

Beləcə, medallarımızın sayı 22-yə çatıb. Bundan əvvəl Rafael Ağayev, Ayxan Mamayev, Boris Kirilov, Yekaterina Sarıyeva, Hayle İbrahimov və karate yığmamız qızıl, Şahin Atamov, Niyazi Əliyev, Silviya Angelova, Əfqan Bayramov, İntiqam Zairov, Günay Ağakişiyev gümüş, Zülfüqar Süleymanov, Namiq Cəlilov, Dmitri Marşin, Layeş Abdullayeva, Türkanə Tahirli (46 kq), Mikayıl Əliyev, həmçinin Roman Vengerov, Aleksey Korpin və Zaur Qəhrəmanov üçlüyü bürünc, Yevgeni Lazuka həm gümüş, həm də bürünc medal qazanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər