İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yığması yarışda 18-ci medalını qazanıb.
Bu dəfə ölkəmizi kamandan oxatma üzrə komanda yarışlarında Roman Vengerov, Aleksey Korpin və Zaur Qəhrəmanov üçlüyü sevindirib. Onlar gümüş medala sahib çıxıb.
Qeyd edək ki, bundan əvvəl Rafael Ağayev, Ayxan Mamayev, Boris Kirilov, Yekaterina Sarıyeva, Hayle İbrahimov və karate yığmamız qızıl, Şahin Atamov, Niyazi Əliyev, Silviya Angelova, Əfqan Bayramov, İntiqam Zairov gümüş, Zülfüqar Süleymanov, Namiq Cəlilov, Dmitri Marşin, Layeş Abdullayeva bürünc, Yevgeni Lazuka həm gümüş, həm də bürünc medal qazanıb.
Akttivində 6 qızıl, 7 gümüş və 5 bürünc medal olan yığmamız yeddinci yerdə qərarlaşıb.