İndoneziyada 13-cü medal

İndoneziyada 13-cü medal

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan 3-cü İslam Oyunları davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yığması 13-cü medalını qazanıb.

Son medalımızı İntiqam Zairovu boynuna asıb. Atletimiz birdən qaldırma hərəkətində 165 kq, təkanla qaldırmada isə 200 kq-ı ram edib. Toplamda 365 kq (165 kq + 200 kq) nəticə göstərən İntiqam Zairov İslam Oyunlarının gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, bundan əvvəl Rafael Ağayev, Ayxan Mamayev, Boris Kirilov, karate yığmamız qızıl, Şahin Atamov, Niyazi Əliyev, Silviya Angelova, Əfqan Bayramov gümüş, Zülfüqar Süleymanov, Namiq Cəlilov bürünc, Yevgeni Lazuka həm gümüş, həm də bürünc medal qazanıb.

Azərbaycan 3-cü İslam Oyunlarında 4 qızıl, 6 gümüş və 3 bürünc medalla ümumi hesabda 7-ci yerdədi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər