İndoneziyada 11-ci medal

İndoneziyada 11-ci medal
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Fanat.ah xəbər verir ki, Azərbaycan idmançıları 11-ci medalı qazanıb.
 
Yarışların dördüncü günündə ağır atletika yarışlarında 85 kq çəkidə yarışan Namiq Cəlilov bürünc medala sabih çıxıb. Namiq birdən qaldırmada 151, təkanla qaldırmada isə 177 kq qaldıraraq, 328 kq nəticə ilə üçüncü olub.
Qeyd edək ki, bundan əvvəl idmançılarımız 10 medal qazanmışdı. Karate yığmamızın üzvlərindən Rafael Ağayevlə Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev gümüş medala sahib çıxıb. Komanda yarışlarında da karate yığmamız birinci olub. Bundan başqa ağır atletika yığmamızın üzvü Silviya Angelova və Əfqan Bayramov gümüş, Zülfüqar Süleymanov isə bürünc medal qazanıb. Üzgüçümuz Yevgeni Lazuka isə 2 mükafata birdən sahib çıxıb. O, 1 gümüş və 1 bürünc medal qazanıb. 
Beləliklə, aktivində 3 qızıl, 5 gümüş və 3 bürünc medal olan Azərbaycan yığması İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunlarında ümumi hesabda 6-cı yerdədi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər