"İndiki reallığımız turnir cədvəlinin ortalarıdır" - Poçettino 

"İndiki reallığımız turnir cədvəlinin ortalarıdır" - Poçettino 

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino London təmsilçisinin İngiltərə Premyer Liqasının turnir cədvəlində 12-ci pillədə mövqe tutmasından və rəqabətədavamlı komanda qurmağın çətinliklərindən danışıb.

Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssisin dediklərini "Daily Mail" belə çatdırıb:

"İndiki reallığımız turnir cədvəlinin ortalarında mövqe tutmaqdır. Yuxarı qalxmaq istəyiriksə, "artırmalıyıq". Transfer pəncərəsi açılanda nə edə biləcəyimizi görəcəyik. 

Hər şeyə real yanaşmalıyıq. Transferlərimizi də buna uyğun şəkildə həyata keçirməliyik. Çox və ya az oyunçu istəyəcəyimi demirəm, amma vəziyyətə və reallığa uyğun addımlar atmalıyıq. 

Bu, yeni layihə, yeni komandadır. Problemlərimiz çoxdur. Yeni nəsə qurmaq asan iş deyil. Ağıllı qərarlar vermək, hər şeyi nəzarətdə saxlamağa çalışmaq bizim üçün olduqca vacibdir. Mövsümün ikinci yarısında daha yaxşı görünmək üçün bacardığımızı etməliyik. "Çelsi" daha rəqabətədavamlı, daha güclü olmağa layiqdir".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər