Son illər futbolçu transferinə xərclədikləri böyük pullarla gündəmə gələn Çin klubları indi bir baş məşqçiyə təklif etdikləri astronomik məbləğlə diqqəti çəkib. Fanat.Az xəbər verir ki, ölkənin aparıcı klublarından roan "Quanqzou Everqrande" məşhur məşqçiyə illik 20 milyon avro təklif edib.
Belə ki, klub baş məşqçi postuna Marselo Lippini gətirmək istəyir. Çinlilər 68 yaşlı italyan mütəxəssisə 3 illik müqavilə təklif edib. "Quanqzou Everqrande" ona hər il üçün 20, ümumilikdə 60 milyon avro verməyə hazırdı.
Hazırda "Quanqzou Everqrande" klubuna Luiz Felipe Skolari başçılıq edir və komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Amma rəhbərlik braziliyalı mütəxəssisdən razı deyil. Son 3 matçda qələbə qazana bilməyən klubun rəhbərliyi komandanın keçmiş baş məşqçisi Marselo Lippi ilə danışıqlara başlayıb.
Bu keçid baş tutsa, Marselo Lippi dünyanın ən çox qazanan baş məşqçisi olacaq. Hazırda ən çox qazanan baş məşqçi "Mançester Siti"ni çalışdıran Pep Qvardioladı. Onun illik maaşı 17 milyon avrodu.
Qeyd edək ki, Marselo Lippi 2012-2014-cü illərdə "Quanqzou Everqrenade"ni çalışdırıb. Komanda onun rəhbərliyi altında 3 dəfə Çin çempionluğunu və 1 dəfə Asiya Çempionlar Liqasını qazanıb.
Fanat.Az