Çin yığmasının yeni baş məşqçisi

Çin yığmasının yeni baş məşqçisi

Çin yığmasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, bu barədə Çin Futbol Federasiyası məlumat yayıb.

Federasiya yığmanı Qao Xonqboya tapşırıb. O, bu postda  yanvvar ayında istefaya göndərilən fransalı Alen Perreni əvəzləyib.

Qao Xonqbo ikinci dəfə milli komandanın başına keçib. 50 yaşlı mütəxəssis 2009-2011-ci illərdə də bu komandanrı çalışdırıb. O, 2003-2004-cü illərdə Çin yığmasında məşqçi işləyib. Qao Xonqbo həmçinin Çinin U-17 yığmasına, "Quanqu Sonqri", "Xiamen Honqşi", "Çanqçun Yatay", "Quyzu Renhe", "Şanxay SIPG", "Jianqsu Sainti" klublarına başçılıq edib, Hollandiyanın "Den Haaq" klubunda məşqçi kimi fəaliyyət göstərib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər