Futbol üzrə Çin millisinin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az "Reuters"ə istinadən xəbər verir ki, Asiya təmsilçisini xorvatiyalı mütəxəssis Branko İvankoviç çalışdıracaq.
Sözügedən mütəxəssis serbiyalı Aleksandr Yankoviçi əvəzləyib.
Qeyd edək ki, İvankoviçin öncəki iş yeri Oman millisi olub.