İmad Faraj tibbi müayinədən uğurla keçdi

İmad Faraj tibbi müayinədən uğurla keçdi

"Neftçi"nin cinah hücumçusu İmad Faraj avqustun 12-də Azərbaycanı tərk edib.

Fanat.Az-ın əldə etdiyi son məlumata görə, Tunisin "Esperans" klubuna qoşulmağa yaxın olan cinah hücumçusu dünən sözügedən ölkədə tibbi müayinədən uğurla keçib.

Afrika təmsilçisi Faraja görə "ağ-qaralar"a 1 milyon avrodan çox vəsait ödəyəcək.

"Lill"in yetirməsi olan Faraj 2025-ci ilin yayında "Neftçi" ilə 3 illik müqavilə bağlayıb. O, daha öncə Fransa, Portuqaliya və Belçika liqalarında da top qovub.

Xatırladaq ki, Bakı klubu bir neçə il öncə mərakeşli yarımmüdafiəçisi Sabir Buqrini də məhz "Esperans"a satmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər