Çiluell bir London klubunu digərinə dəyişir

Çiluell bir London klubunu digərinə dəyişir

"Çelsi"nin müdafiəçisi Benjamin Çiluell yanvarda klubunu dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı "TEAMtalk yayıb. 

Mənbənin məlumatına görə, "Vest Hem" futbolçunun xidmətində maraqlıdır. "Çəkicdöyənlər" qış fasiləsində "zadəganlar"a təklif ünvanlamağı planlaşdırır. 

Çiluell 2020-ci ildən "Çelsi"də oynayır. Bundan əvvəl Ben "Lester" və "Haddersfild"də çıxış edib.

"Çelsi"nin futbolçusu 2018-ci ildən İngiltərə millisinə çağırılıb.

Son turda “Mançester Yunayted”ə qalib gələn (2:1) “Vest Hem” Premyer Liqada 13-cü pillədə qərarlaşıb. “Çelsi” isə 5-ci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər