Amerikalı milyarder İlon Mask sosial şəbəkələrdə onun “Mançester Yunayted”i alması ilə bağlı məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Mask sosial şəbəkədə ondan məlumatı təsdiq etməyi xahiş edən istifadəçiyə belə deyib:
“Xeyr, bu "Twitter"də köhnə zarafatdır. Mən heç bir idman komandası almıram”.
Xatırladaq ki, 2005-ci ilin mayında amerikalı iş adamı Malkolm Qleyzer “Mançester Yunayted”in təxminən 1,47 milyard dollar dəyərində nəzarət paketini alıb. Bir neçə gün sonra o, öz payını 75%-ə çatdırıb ki, bu da kluba tam nəzarəti əldə etməyə imkan verir.
"Mançester Yunayted" İngiltərə Premyer Liqasına bu mövsüm yeni baş məşqçi Erik ten Haqın rəhbərliyi altında ardıcıl iki məğlubiyyətlə başlayıb - "Brayton"a (1:2) və "Brentford"a (0:4). Mankunianlılar turnir cədvəlində sonuncu - 20-ci yerdə qərarlaşıblar.
Mirağa