İlkin Qırtımovun son vəziyyəti nə yerdədir? - AÇIQLAMA

İlkin Qırtımovun son vəziyyəti nə yerdədir? - AÇIQLAMA

Misli Premyer Liqasının 23-cü turunda “Şamaxı” ilə matçda zədələndiyi üçün “Kəpəz”in baş məşqçisi tərəfindən əvəzlənən müdafiəçi İlkin Qırtımovun son durumuna aydınlıq gəlib.

Klubun sözçüsü Azad Mustafayevin Fanat.Az-a verdiyi məlumata görə, təcrübəli müdafiəçinin zədəsi ciddi deyil: 

"Ciddi bir şey yoxdur. İlkin bu gün məşqdə iştirak edib. Növbəti turda meydana çıxmağa hazırdır. Baş məşqçi şans versə, Qırtımov meydanda olacaq".

Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasının 24-cü turunda “Zirə”nin qonağı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər