İlkin Muradov ölkə xaricinə yollanmaq üzrədir

İlkin Muradov ölkə xaricinə yollanmaq üzrədir

Azərbaycanın tanınmış yarımmüdafiəçilərindən olan İlkin Muradovun yeni mövsümə ölkə xaricində başlaya bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm 1-ci Liqa komandası "Baku Sportinq"in uğurları üçün çalışan 30 yaşlı futbolçu Qırığızıstandan təklif alıb.

Bu yay Buzovna komandasından ayrılan və hazırda azad agent statusu daşıyan İlkin hazırda sözügedən ölkənin klublarından biri ilə danışıq aparır.

Xatırladaq ki, İlkin daha öncə də Qırğızıstanda legioner həyatı yaşayıb. O, 2025-ci ildə Kant şəhərini təmsil edən "Abdış Ata"nın formasını geyinib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər