İlkay Gündoğan diplomunu aldı

İlkay Gündoğan diplomunu aldı

"Qalatasaray"ın ulduz yarımmüdafiəçisi İlkay Gündoğan yaşıl meydanlardan kənarda da uğur qazanmağa davam edir.

Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu Portsmut Universitetinin "Qlobal Futbol İdarəçiliyi" (Global Football Business Management) bölümünü üstün uğur ilə bitirib.

Təhsilini uğurla başa vuran İlkay artıq rəsmi diplomuna qovuşub. Futbolçunun karyerasını bitirdikdən sonra idman rəhbərliyi və idarəçilik sahəsində çalışmaq niyyətində olduğu ehtimal edilir.

Bu addımı ilə Gündoğan gənc idmançılara təhsilin peşəkar karyera ilə paralel aparılmasının vacibliyini bir daha nümayiş etdirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər