"İlk oyundakı nəticə pozitivliyi qorumağa əsas verir" - "Borussiya"nın baş məşqçisi

"İlk oyundakı nəticə pozitivliyi qorumağa əsas verir" - "Borussiya"nın baş məşqçisi

Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində PSV-yə qarşı evdə keçirəcəkləri görüşdən danışıb.

Fanat.Az xəbər verir ki, Terziç fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:

"PSV-nin simasında Niderland futbolunun nəyə qadir olduğunu hiss etmək çətin deyil. Əsas odur ki, bu görüşə nikbin yanaşırıq. İlk oyundakı nəticə pozitivliyi qorumağa əsas verir. Bizi möhtəşəm axşam gözləyir. Azarkeşlərimiz önünə çıxacağımız an üçün səbirsizlənirik". 

Qeyd edək ki, tərəflərin ilk dueli 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər