İlin ən yaxşı baş məşqçiləri müəyyənləşdi

İlin ən yaxşı baş məşqçiləri müəyyənləşdi
FIFA ən yaxşı baş məşqçilərini açıqlayıb. Fanat.az xəbər verir ki, ötən iline ən yaxşı baş məşqçiləri bu gün İsveçrənin Sürix şəhərində keçirilən qala-gecədə elan edilib.
Kişilər arasında ən yaxşı baş məşqçi Luis Enrike olub. "Barselona"nın ispaniyalı çalışdırıcısı Pep Qvardiola (Bavariya) və Xorxe Sampaolini (Çili millisi) qabaqlayıb.
İlin ən yaxşı qadın baş məşqçisi isə ABŞ millisinin ingilis çalışdırıcısı Jill Ellis olub. O, Mark Sampson (İngiltərə millisi) və Norio Sasakidən (Yaponiya millisi) üstün olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər