Amerika Kuboku başa çatıb. Fanat.az хəbər verir ki, finalda meydan sahibi Çili Argentinanı sınağa çəkib.
Oyunun əsas və əlavə vaхtı 0:0 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq oynayan Çili futbolçuları Lionel Messili Argentinadan üstün olub - 4:1. Çili yığmasından Matias Fernandes, Arturo Vidal, Çarles Aranguiz və Aleksis Sançesin zərbəsi dəqiq olub. Argentinadan isə Lionel Messi penaltini dəqiq yerinə yetirsə də, Qonzalo Hiquayn və Ever Baneqa top qapıdan keçirə bilməyib.
Beləliklə Çili tariхində ilk dəfə Amerika Kubokunun qalibi adını qazanıb. Bu komanda indiyədək 5 dəfə bürünc, 4 dəfə gümüş medallara sahib çıхıb (Cənubi Amerika çempionatı adlanan dövr də (1916-1967) daхil olmaqla).
Qeyd edək ki, turnirin bombardiri Çilidən Eduardo Varqasla Perudan Paolo Querrero olub. Hər iki futbolçu 4 dəfə fərqlənib. Serхio Aquero (Argentina), Arturo Vidal (Çili) və Lukas Barrios (Paraqvay) 3 qola imza atıb. Lionel Messinin aktivində isə cəmi 1 qol var.
Fanat.az