İlham Zəkiyev İtaliyaya getdi

İlham Zəkiyev İtaliyaya getdi

Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri 30 avqust-5 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatında iştirak etmək üçün İtaliyanın Kalyari şəhərinə yola düşüblər . 

Fanat.Az xəbər verir ki, yığma yarışa kişi və 2 qadın olmaqla ümumilikdə 7 idmançı ilə qatılacaq.

Kişilər

İlham Zəkiyev (+90 kq), J1 Zakir Mislimov (-90 kq), J1 İsmayıl Muradov (-60 kq), J1 Anar İsmayılzadə (-73 kq), J1 Namiq Abaslı (-73 kq), J2

Qadınlar

Xatirə İsmiyeva (+70 kq), J1 Dürsədəf Kərimova (+70 kq), J2

Eyni zamanda Kalyaridə  idmançılar üçün beynəlxalq həkimlərin iştirakı ilə tibbi təsnifat da keçiriləcək.

Qeyd edək ki, yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər