İlham Zəkiyev dünya çempionatına qatılacaq

İlham Zəkiyev dünya çempionatına qatılacaq

Paralimpiyaçı cüdoçular arasında Bakıda keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək idmançıların sayı açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov yarışa həsr edilmiş mətbuat konfransında məlumat verib.

O bildirib ki, mundialda Azərbaycanı ümumilikdə 24 cüdoçunun təmsil etməsi planlaşdırılır. Onların 15-i kişi, 9-u isə qadındır.

Mundialın iştirakçıları arasında 2 qat paralimpiya, 2 qat dünya, 8 qat Avropa çempionu İlham Zəkiyev də olacaq.

Rəhimov yarışın mükafat fondunun olmayacağını da əlavə edib.

Qeyd edək ki, dünya çempionatı 7 - 9 noyabrda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər