İlham Yadullayev: "Bu 3 xala həm mental, həm də psixoloji baxımdan çox ehtiyacımız var idi"

İlham Yadullayev: "Bu 3 xala həm mental, həm də psixoloji baxımdan çox ehtiyacımız var idi"

1-ci Liqanın 3-cü turunda "Xankəndi" ilə qarşılaşan MOİK cari mövsüm çempionatda ilk qələbəsini qazandı - 2:0. "Hərbçilər"in baş məşqçisi İlham Yadullayevlə əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:

"Xankəndi" ilə oyuna yaxşı hazırlaşmışdıq. Əvvəlki iki turda 1 xal qazana bilmişdik. Qələbəmiz yox idi. Qələbə qazanmağı çox istəyirdik. Rəqibi təhlil etsək də, ilk yarıda oyunumuz tam alınmadı. Çünki "Xankəndi" fərqli sistemlə mübarizə aparırdı. İkinci yarıda dəyişikliklər etdik və 2 qol vuraraq 3 xal qazandıq. Bu 3 xala həm mental, həm də psixoloji baxımdan çox ehtiyacımız var idi. Düşünürəm ki, bunda sonra qələbənin ardı gələcək". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər