İlham Əliyev Teymur Məmmədova qızıl medal verdi - FOTOLAR

İlham Əliyev Teymur Məmmədova qızıl medal verdi - FOTOLAR

Prezident İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 81 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Fanat.az xəbər verir ki, bu çəki dərəcəsində Azərbaycan boksçusu Teymur Məmmədov qalib gəlib. O, finalda italyan Manfredonia Valentinoya qalib gələrək qızıl medala sahib olub.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı 15-ci qızıl medaldır.

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər