İlham Əliyev stadionun açılışında iştirak etdi

İlham Əliyev stadionun açılışında iştirak etdi
Prezident İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində inşa olunan stadionun açılışında iştirak edib. Fanat.az xəbər verir ki, stadion beynəlxalq standartlar nəzərə alınaraq inşa olunması və tikinti işləri ən yüksək səviyyədə həyata keçirilməsi barədə dövlət başçısına məlumat verilib. 13 min tamaşaçı yeri olan bu idman qurğusunda mətbuat, məşqçi, tibb və dopinq-test otaqları var. 
İlham Əliyev bu gün həmçinin Xırdalan şəhərində şahmat məktəbinin açılışında da iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Şahmat məktəbində yaradılan şəraitlə tanış olan prezidentə məlumat verilib ki, burada məşq otaqları və digər əlavə otaqlar var. Otaqlardakı kompyuterlər xüsusi şahmat proqramları ilə yüklənib. Şahmat məktəbi müasir maddi-texniki baza ilə təchiz edilib. Məktəbdə yarış zalı da var. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vəsaitlər mövcuddu. 
AzərTAc
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər