İlham Əliyev: "Keçən ay bizim üçün qərar qəbul edililib"

İlham Əliyev: "Keçən ay bizim üçün qərar qəbul edililib"
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində iştirak edib. Fanat.az xəbər verir ki, dövlət başçısı Forumun açılışında söylədiyi nitqdə AVRO-2020-nin bir neçə oyununun Bakıda keçiriləyi ilə bağlı qərarı da xatırladıb:
“Gələn il birinci Avropa Oyunları - buna qeyri-rəsmi Avropanın Olimpiya Oyunları deyirlər - Bakıda keçiriləcək. Bu da çox əlamətdar hadisədi. Çünki Avropada bu günə qədər Olimpiada səviyyəsində yarışlar keçirilməyib. Burada da Azərbaycan öz namizədliyini irəli sürüb və Avropanın olimpiya ailəsi bizə böyük etimad göstərib. 2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcək. Cəmi iki il ərzində həm Avropa, həm İslam Oyunları Azərbaycanda keçiriləcək. Bu da dediyim sözlərin təsdiqidi. Bu, bizim rolumuzdu və biz çalışırıq ki, xalqları birləşdirək. Onu da qeyd etmək istəyirəm ki, keçən ay bizim üçün çox önəmli və tarixi qərar qəbul edildi - futbol üzrə Avropa çempionatı 2020-ci ildə, o cümlədən Bakıda keçiriləcək. Cəmi 13 şəhər - Avropanın 13 şəhəri seçilib. Onlardan biri də Bakıdı. Yəni, budu bugünkü Azərbaycan. Biz Avropa ailəsinin üzvüyük, müsəlman ailəsinin üzvüyük və sübut edirik ki, bu, mümkündü. Biri o birisini inkar etmir və etməməlidi. Bu gün inkişafda olan ölkəmiz göstərir ki, düşünülmüş siyasət, cəmiyyətdə müsbət meyillər güclü olanda böyük uğurlara imza atmaq mümkündü”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər